İQTİSADİYYAT


Paytaxtda dizel və benzin istehsalı çoxalıb

Bakı, 1 noyabr, AZƏRTAC 

Cari ilin 3 rübündə Bakıda dizel və benzin istehsalı artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 408,4 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 9,3 faiz çoxalıb.

Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 76,3 faiz azalıb. Avtomobil benzininin istehsalı 3,7 faiz, ağ neftin istehsalı 5,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 29,4 faiz, dizel yanacağı istehsalı 11,4 faiz, sürtkü yağlarının istehsalı 4,5 dəfə, neft bitumunun istehsalı 38,1 faiz, neft koksunun istehsalı isə 28,5 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.