İQTİSADİYYAT
Paytaxtda dizel yanacağının istehsalı artıb
Bakı, 5 iyul, AZƏRTAC
Beş ayda Bakıda dizel yanacağı istehsalı 5 faizdən çox artıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-may aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 266,1 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,8 faiz artıb.
Neft məhsullarından ağ neftin istehsalı 2,6 faiz, yanacaq mazutunun istehsalı 87,5 faiz, avtomobil benzininin istehsalı 0,4 faiz azalıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 7,2 faiz, dizel yanacağı istehsalı 5,3 faiz, sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft bitumunun istehsalı 85,6 faiz, neft koksunun istehsalı isə 30,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]