İQTİSADİYYAT
Paytaxtda dizel yanacağının istehsalı artıb
Bakı, 6 avqust, AZƏRTAC
Altı ayda Bakıda dizel yanacağı istehsalı 6 faizədək artıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 593,7 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,4 faiz artıb.
Yarım ildə yanacaq mazutunun istehsalı 86,2 faiz, avtomobil benzininin istehsalı 0,6 faiz azalıb.
Ağ neftin istehsalı 2,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 14,8 faiz, dizel yanacağı istehsalı 5,9 faiz, sürtkü yağlarının istehsalı 3 dəfə, neft bitumunun istehsalı 79,6 faiz, neft koksunun istehsalı isə 22,8 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]