İQTİSADİYYAT
Paytaxtda fəaliyyət göstərən taksilərdə dezinfeksiya işləri aparılıb
Bakı, 6 mart, AZƏRTAC
Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı, taksi minik avtomobilləri də dezinfeksiya olunur. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb. Diqqətə çatdırılıb ki, koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksilərdə də dezinfeksiya zəruridir.
Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salonu, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]