İQTİSADİYYAT
Paytaxtda iki ərazidə deformasiyaya uğramış yol örtüyü yenilənib
Bakı, 9 mart, AZƏRTAC
Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin bir hissəsində təmir işləri icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış yol örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kvadratmetr sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kvadratmetr sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]