CƏMİYYƏT


Paytaxtda itkin düşmüş kimi axtarışda olan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakı, 13 fevral, AZƏRTAC

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 30 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan dördü əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.