ORDU
Paytaxtda keçirilən yürüşün iştirakçısı: Azərbaycan Silahlı Qüvvələri tarix yazan ordudur
Bakı, 26 iyun, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar müxtəlif yerlərdə bayram tədbirləri keçirilir. Bu bayram münasibətilə xalqımızı, Silahlı Qüvvələrimizin hərbi qulluqçularını səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyim üçün fəxr edirəm.
Bunu iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə paytaxtda keçirilən yürüşün iştirakçısı Azərbaycan Ali Hərbi İnstitutunun kursantı Babaəli Fətullayev AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun gələcək zabiti olaraq çox sevinclidir. 26 İyun çox qürurlu gündür. Azərbaycan Silahlı Qüvvələri tarix yazan ordudur.
Qeyd edək ki, bu gün Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin, hərbçilərin yürüşləri və nümunəvi çıxışları olub. Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.