CƏMİYYƏT


Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb

Bakı, 9 avqust, AZƏRTAC

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəriciləri Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb. Belə ki həmin rayonlar üzrə yoluxma göstəriciləri müvafiq olaraq 14,2, 12,2, 11,9 və 11,8 faiz təşkil edir. Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 9,2 faizi Nəsimi, 8,3 faizi Nərimanov 8,1 faizi Suraxanı, 7,4 faizi Qaradağ, 7,3 faizi Nizami, 4,8 faizi Xəzər, 4,5 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,3 faizi paytaxtda qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.