CƏMİYYƏT
Paytaxtda mənzildən külli miqdarda pul oğurlanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nizami rayonu ərazisindəki mənzillərin birindən 800 manat və 5150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini G.Qəfərli Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bakı şəhər sakini F.Əmircanovanın içərisində 240 manat və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Rəşidova isə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]