CƏMİYYƏT


Paytaxtda mənzildən oğurluq edən qadın saxlanılıb

Bakı, 3 avqust, AZƏRTAC 

Yasamal rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.