İQTİSADİYYAT


Paytaxtda neft hasilatı 1,4 faiz artıb, qaz istehsalı isə 10,9 faiz azalıb

Bakı, 1 iyun, AZƏRTAC 

Yanvar-aprel aylarında Bakıda sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında 13 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda, 15 faizi emal sektorunda, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz artıb, təbii qaz istehsalı isə 10,9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.