İQTİSADİYYAT


Paytaxtda neft-qaz hasilatı artıb

Bakı, 1 noyabr, AZƏRTAC 

Bakıda xam neft hasilatı 0,8 faiz, təbii qaz istehsalı isə 2,5 faiz artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-sentyabr aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 82,5 faizi mədənçıxarma sektorunda, 15,5 faizi emal sektorunda, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı 0,8 faiz, qaz hasilatı isə 2,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.