CƏMİYYƏT
Paytaxtda ofisdən 40 min manat pul oğurlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Sabunçu rayonunda ofisdən və uşaq əyləncə mərkəzindən pul oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən pul oğurlamaqda şübhəli bilinən A.Həsənov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Dekabrın 11-də isə Bərdə rayonu ərazisindəki evlərin birindən 16 min 200 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu R.Mehdiyev Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]