CƏMİYYƏT


Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar

Bakı, 11 sentyabr, AZƏRTAC

Paytaxtın Binəqədi və Nərimanov rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 11-də Binəqədi rayonunun ərazisində bir avtomobildən 150 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Rəsulov Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları isə avqustun 11-də E.Məmmədovun içərisində 600 manat, hesabında 546 manat olan bank kartı və sənədlərin olduğu pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Talıbzadəni yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.