İQTİSADİYYAT


Paytaxtda parklanma ilə bağlı pilot layihəyə başlanılır VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçəsi və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə, həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.

Hazırda pilot layihənin icra edildiyi Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.

Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil olunacaq, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür. Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmaları və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamaları xahiş edilir. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.