CƏMİYYƏT


Paytaxtda qadına qarşı soyğunçuluq edən keçmiş məhkum tutulub

Bakı, 6 aprel, AZƏRTAC 

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 4-də Zabrat qəsəbə sakini G.Zəkiyevanın 300 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Aprelin 4-də Bakı şəhər sakini N.Vəliyevə zor tətbiq edib içərisində 423 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinənlər - Ağstafa rayon sakini E.Sadıqlı və Cəlilabad rayon sakini S.Mirzəyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.