CƏMİYYƏT
Paytaxtda qadına zor tətbiq edərək çantasını alan şəxs yaxalanıb
Bakı, 6 fevral, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində pul, iki mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi və 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]