CƏMİYYƏT


Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 19 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini açıqlayıb.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, sabah saat 08:00-12:00 radələrində bəzi yerlərdə çiskinin tədricən kəsiləcəyi, zəif duman olacağı ehtimal edilir. Şimal-qərb küləyinin sürəti saniyədə 7-12 metrə çatacaq, arabir 15 metrədək güclənəcək. Havanın temperaturu 4-6° isti olacaq.

Saat 12:00-15:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyinin sürəti 5-10, arabir 12 metr/saniyə olacaq. Havanın temperaturunun 6-8° isti olacağı ehtimal edilir.

Saat 15:00-18:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyinin sürəti saniyədə 3-8 metr, arabir 10-12 metr təşkil edəcək. Havanın temperaturunun 5° isti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.