İQTİSADİYYAT


Paytaxtda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 6,4 milyard manat olub

Bakı, 1 aprel, AZƏRTAC

Yanvar-fevral aylarında paytaxtda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 6,4 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 81,1 faizi mədənçıxarma, 16,3 faizi emal, 2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 80,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-nə 238,7 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.