İQTİSADİYYAT


Paytaxtda sərnişindaşımalarının həftəlik icmalı

Bakı, 15 avqust, AZƏRTAC

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, həftənin ilk iş günü 3 əlavə ekspress xətt istifadəyə verilib. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olunub. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm bu həftə qeydə alınıb. Avqustun 10-da avtobuslarla 1 milyon 684 min 332 sərnişin daşınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatıb. İlk dəfə xəttə 2130 avtobus çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.