İQTİSADİYYAT


Paytaxtda sərnişinlərin 53 faizi avtobuslarda gediş haqqını nağdsız ödənişlə həyata keçirir

Bakı, 28 aprel, Elvin Camalov, AZƏRTAC

Keçən il 478 avtobus "BakıKart" sisteminə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də agentliyin 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə 1107 avtobusda "BakıKart"dan istifadə olunur və 600 minədək sərnişin nağdsız ödənişlə, 47 faiz sərnişin isə nağd ödənişlə avtobuslardan istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.