CƏMİYYƏT


Paytaxtda şimal-qərb küləyi saniyədə 28 metrədək güclənib

Bakı, 4 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin avqustun 4-ü səhərədək olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22, Astarada 16, Salyanda 10, Lerikdə 8, Beyləqanda 6, Biləsuvarda 5, Qubada 4, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 millimetr olub. Leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi əsib, gün ərzində arabir Bakıda, Qum adasında 28, Neftçalada 26, Maştağada 25, Neft Daşlarında, Naftalanda, Çilov adasında 23, Ələt, Pirallahıda 20, Sumqayıt, Binədə 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27°, Aran rayonlarında 29-31°, dağlıq rayonlarda 18-21°, Naxçıvan Muxtar Respublikasında 31-34° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.