CƏMİYYƏT
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 17-də Bakı şəhər sakini X.Əhmədovanın içərisində 40 manat və mobil telefon olan pulqabını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat pul və iki mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşniçenko isə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]