CƏMİYYƏT


Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Bakı, 18 may, AZƏRTAC 

Paytaxtda quldurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində əyləşərək M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirən şəxsin həmin ünvanda sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə məlumat daxil olub. Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Mayın 16-da Bakı şəhər sakini X.Hüseynzadənin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri İ.Quliyev və H.Abdullayev isə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.