CƏMİYYƏT


Paytaxtda ticarət mərkəzindən 5580 manat pul oğurlanıb

Bakı, 18 iyul, AZƏRTAC 

Oğurluqla məşğul olan şəxslər polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən Abşeron rayon sakini C.Şükürov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlandığını bildirib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.