İQTİSADİYYAT


Paytaxtda tikinti materiallarının istehsalı artıb

Bakı, 6 may, AZƏRTAC

Cari ilin birinci rübündə paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 13,7 faiz artaraq 95,5 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin yanvar-mart aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalında 65,3 faiz, tikinti gipsinin istehsalında isə 17,2 faiz artım müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.