CƏMİYYƏT
Paytaxtda üçmərtəbəli yaşayış binasında yanğın olub
Bakı, 29 avqust, AZƏRTAC
Paytaxtda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağının tavanı və ev əşyaları 16 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]