CƏMİYYƏT


Paytaxtda və Xaçmazda yanğın hadisələri baş verib

Bakı, 18 may, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 200 kvadratmetr olan və bir dam altında tikilən müxtəlif təyinatlı mağazalar yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daha bir yanğın hadisəsi Xaçmaz rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli geyim mağazasında baş verib. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Hər iki hadisə zamanı alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.