İQTİSADİYYAT


Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

Bakı, 19 mart, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti 72-də yerləşən, 1 saylı poçt filialının nəzdində fəaliyyət göstərən 33 saylı poçt şöbəsi “Azərpoçt” MMC-nin yeni brendinə uyğun dizayn olunub. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb.

Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər.

Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. Bundan başqa, 33 saylı poçt şöbəsində vətəndaşlar rahatlıqla bütün iş saatlarında valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə biləcəklər. Ay ərzində təxminən 15 minə yaxın vətəndaşa xidmət göstərən 33 saylı Poçt şöbəsində həftənin 7 günü 24 saat işlək ATM də yerləşdiriləcək.

Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.