İQTİSADİYYAT


Paytaxtdakı 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Paytaxtdakı 2 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Bakı, 27 fevral, AZƏRTAC

Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsi ilə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcək. Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və “Sadıqcan dairəsi” ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar dairəsi” və Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində gediş-gəlişi təmin ediləcək.

Eyni zamanda, martın 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu xətt üzrə avtobuslar dəyişiklik nəticəsində Yeni Yasamal-“İnşaatçılar” metro stansiyası-“Elmlər Akademiyası” metro stansiyası -“Gənclik” metro stansiyası-“N.Nərimanov” metro stansiyası-Keşlə bazarını əlaqələndirəcək. Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metro stansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.

Həmçinin bu marşrut üzrə avtobusların metronun “Elmlər Akademiyası” stansiyasından keçməsi də təmin edilib.

17 nömrəli xətt üzrə dəyişiklik də çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla edilib. Bununla da Yeni Yasamal yaşayış massivi, metronun “İnşaatçılar” (Abbas Mirzə Şərifzadə küçəsi) və “Elmlər Akademiyası” stansiyası ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə metronun “Nəriman Nərimanov” stansiyası və ətraf ərazilərə gediş-gəlişi təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.