CƏMİYYƏT


Paytaxtdakı 5 saylı orta məktəbdə yanğın zamanı davranış qaydalarına dair məşq keçirilib

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Bakının Nəsimi rayonundakı 5 saylı orta məktəbdə yanğın zamanı fəaliyyət üzrə məşq keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd müəllim və şagird heyətinin yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha da artırılması olub.

Məşqin birinci mərhələsində FHN-in əməkdaşları tərəfindən məktəbin pedaqoji kollektivinə və şagird heyətinə yanğın zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. Tədbirdə, həmçinin yanğın təhlükəsizliyi sahəsində müvafiq tövsiyələr verilib.

Eyni zamanda, şagirdlər tərəfindən nazirliyin “112 - qaynar xətti” ilə əlaqə yaradılaraq şərti olaraq baş vermiş yanğın hadisəsi barədə məlumat mübadiləsi aparılıb.

Tədbirin ikinci mərhələsində şərti yanğının baş verməsi barədə həyəcan siqnalının verilməsi ilə müəllim və şagirdlərin təxliyəsinə başlanılıb. Məşq zamanı məktəbin yanğın təhlükəsizliyinə cavabdeh şəxslərinin yanğınsöndürmə və xilasetmə bölmələri ilə qarşılıqlı fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilib. Xüsusi texnika və avadanlıq tətbiq olunmaqla zərərçəkmişlərin xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirilib.

Məşq zamanı qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.