İQTİSADİYYAT


Paytaxtdakı daha bir kəsişmədə sarı tor nişanlanması təşkil ediləcək

Bakı, 9 aprel, AZƏRTAC

Paytaxtdakı daha bir yol kəsişməsində sarı tor nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, növbəti belə nişanlanma bu gün axşam S.Vurğun və M.Füzuli küçələrinin kəsişməsində olacaq.

Xatırladaq ki, BNA-nın təşəbbüsü ilə Bakının nəqliyyat sistemində yenilik olan sarı kəsişmə toru nişanlanması kəsişmələrdə tıxacların aradan qalxmasına ciddi təsir göstərir. S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil edilən bu nişanlanmanın müsbət nəticəsi hiss edilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.