CƏMİYYƏT


Paytaxtdakı və narıncı zona adlandırılan digər ərazilərdəki tibb müəssisələrinin üzərinə daha çox yük düşür

Bakı, 4 iyun, AZƏRTAC

Xüsusi rejimli xəstəxanalarda 5 mindən çox çarpayı ayrılıb. Modul tipli xəstəxanalarda iki min çarpayı olmaqla, ümumilikdə, koronavirusla mübarizə üçün 7 min çarpayının ayrılması nəzərdə tutulub. Xəstələrin böyük əksəriyyətinin paytaxtda və narıncı zona adlandırılan digər ərazilərdə olduğunu nəzərə alaraq deyə bilərik ki, məhz həmin lokalizasiyadakı tibb müəssisələrinin üzərinə daha çox yük düşür. Çıxış yolu ya başqa tibb müəssisələrini cəlb etmək və ya digər daha periferik səhiyyə ocaqlarına yönləndirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, həmçinin qeyd edib: “Hazırda COVID-19-la mübarizədə resurslarımız kifayət qədərdir. İşin öhdəsindən tam gələ biləcək kadr və digər təchizatımız mövcuddur. Sadəcə olaraq epidemioloji gedişin istiqaməti bizi narahat edir. Xəstə sayı çoxaldıqca ağır halların artımı baş verir. Virusun mutasiya ehtimalı artmış olur. Bütün bu multifaktorlar nəzərə alınaraq məhdudiyyətlərin tətbiqi ilə biz bunun preventiv olaraq qarşısını almağı düşünürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.