CƏMİYYƏT


Paytaxtdan qaçırılan avtomobil Göyçayda tapılıb

Bakı, 27 yanvar, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.