MƏDƏNİYYƏT
Paytaxtımızın rusdilli sakinlərini və qonaqlarını maraqlı tamaşalar gözləyir
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də M.Kamolettinin “Ah, bu Anna”, 4-də M.Lermontovun “Maskarad”, 5-də V.Siqarevin “Yalan detektoru” tamaşaları göstəriləcək.
Rusdilli tamaşaçılar oktyabrın 10-da A.İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 11-də F.Dostoyevskinin “Karamazov qardaşları”, 12-də M.Zadornovun “Ər almaq istəyirəm” tamaşalarına baxa bilərlər.
Teatrın kollektivi oktyabrın 16-da O.Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları” (qeyri-ailə portreti), 17-də R.Kuninin “Həddindən artıq evli taksi sürücüsü”, 18-də M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur” komediyalarını, 19-da İ.Əfəndiyevin “Büllur sarayda” dramını göstərəcək.
Tamaşaçılar N.Gəncəvinin poeması əsasında hazırlanmış “Yeddi gözəl” tamaşasına oktyabrın 24-də, P.Kalderonun “Məhəbbətlə zarafat etmirlər” lirik komediyasına isə ayın 25-də baxa bilərlər.
Oktyabrın 26-da V.Neverovun “Parodiyalar paradı”, 30-da A.Ostrovskinin “Qurdlar və qoyunlar”, 31-də C.Ostinin “Qürur və qərəz” tamaşaları göstəriləcək.
Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, oktyabr ayında da uşaqları unutmayıb.
Balacalar oktyabrın 4-də A.Nikuşina və N.Əzimovun “Güləbətin tikən qız və süpürgəçi” müziklinə, 5-də və 25-də V.Neverovun müvafiq olaraq “Nağılı tap!-2”, “Nağılı tap!-1”, 11-də V.Reznikovanın “Durnabalığının buyruğu ilə” tamaşalarına baxa bilərlər.
A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ı oktyabrın 12-də və 26-da, Y.Çernyakın “Gözəl Vasilisa” 18-də, V.Reznikovanın “Maşa və ayı” tamaşası isə 19-da göstəriləcək.