İQTİSADİYYAT


Paytaxtın 2 küçəsində təbii qaz təchizatında qeydə alınan dayandırmalara son qoyulub

Bakı, 10 may, AZƏRTAC

Bakının Nizami rayonunda 2 küçənin təbii qaz təchizatında qeydə alınan dayandırmalara son qoyulub.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Nizami rayonunun tez-tez qaz sızmaları qeydə alınan və bu səbəbdən qaz təchizatında fasilələr yaranan 2 küçəsində təcili tədbirlər görməyə ehtiyac yaranıb. Belə ki, 8-ci kilometr qəsəbəsi, Məhsəti və R.Rüstəmov küçələrinin bir hissəsində yerləşən 1200-dən çox qaz istehlakçısı Məhsəti küçəsindən keçən 159 millimetr diametrində yeraltı orta təzyiqli qaz kəməri vasitəsilə təbii qazla təmin olunur. Qeyd edilən qaz kəmərinin korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşdüyünü və tez-tez qaz sızmalarının baş verdiyini nəzərə alaraq “Azəriqaz”ın Təmir-tikinti İdarəsi ərazidə əsaslı təmir işləri aparıb. Mövcud kəmərin 300 metrlik hissəsi 225 millimetr diametrində olan polietilen kəmərlə əvəz olunub və 5 yerdə müxtəlif diametrli çıxışlar verilməklə qoşmalar aparılıb.

Prosesin tez bir zamanda yekunlaşdırılması üçün adları çəkilən küçələrə qayakəsən, ekskavator, özüboşaldan maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. İki gün ərzində xəndək qazılıb, 3 yerdə avtomobil yolu keçilib, qaynaq edilən yeni borular xəndəyə qoyulub və daha sonra qazılmış yerlərdə doldurma işləri aparılıb. Təmir işləri tamamlanıb. Artıq Məhsəti və R.Rüstəmov küçələrinin sakinləri qazı yeni kəmərlə qəbul edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.