İQTİSADİYYAT


Paytaxtın 2 rayonuna içməli su fasilələrlə veriləcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar sentyabrın 25-də gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.