CƏMİYYƏT
Paytaxtın “ABAD məhəllə”lərində idman yarışları davam edir
Bakı, 10 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının rayonlarında genişmiqyaslı abadlıq-quruсuluq işləri görülür, nümunəvi abad məhəllələr salınır. “ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənсlərin idmana cəlb olunması üçün onların istifadəsinə verilir.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və paytaxt rayonlarının gənclər və idman idarələri tərəfindən “ABAD məhəllə” layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə uşaq və yeniyetmələr arasında məhəllələrarası mini-futbol və şahmat yarışları start götürüb. Bu yarışlar məhəllə sakinləri arasında böyük marağa səbəb olub və rəğbətlə qarşılanıb.
Dekabrın əvvəlində Yasamal, Nizami, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında başlanmış yarışlar davam edir. Eyni zamanda Qaradağ, Suraxanı, Səbail və Xətai rayonlarında da yarışların keçirilməsinə başlanılıb.
Rayondaxili və şəhər mərhələləri üzrə keçiriləсək mini futbol yarışlarında 130 komandanın tərkibində 1300, şahmat yarışlarında isə 200 yeniyetmə mübarizəyə qoşulub.
Yarışlar davam edir.