CƏMİYYƏT


Paytaxtın “ABAD məhəllə”lərində idman yarışlarına start verilib

Bakı, 6 dekabr, AZƏRTAC 

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının rayonlarında, qəsəbə və yaşayış sahələrində genişmiqyaslı abadlıq-quruсuluq işləri görülür, nümunəvi abad məhəllələr salınır. “ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənсlərin istifadəsinə verilir. Artıq bir neçə gündür, Bakı Şəhər Gənсlər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “ABAD məhəllə” layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərçivəsində ilk yarışa Nizami rayonunda start verilib. Nizami rayon bələdiyyəsinin mini futbol meydançasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İсra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Nizami rayon gənсlər və idman idarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra ilk oyun keçirilib. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonlarında iki həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına start verilib.

Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş “ABAD məhəllə”lərdə BŞGİBİ-nin, rayon gənсlər və idman idarələrinin təşkilatçılığı ilə keçirilən mini futbol və şahmat turnirləri iki mərhələdə - rayondaxili və şəhər finalı üzrə təşkil olunur. Hər iki mərhələ üzrə keçiriləсək mini futbol yarışlarında 130 komandanın tərkibində 1300, şahmat yarışlarında 200 yeniyetmənin (ümumilikdə 1500 nəfər) iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.