CƏMİYYƏT
Paytaxtın Binəqədi rayonunda Şövkət Məmmədova küçəsində yanğın baş verib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 kvadratmetr sahədə yanıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin ilkin məlumatına əsasən, yanğının təsirindən yaxınlıqdakı çoxmərtəbəli binanın birinci mərtəbəsində iki otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.
Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]