İQTİSADİYYAT


Paytaxtın Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub VİDEO

Bakı, 30 oktyabr, AZƏRTAC

Xəzər rayonunun Mərdəkan qəsəbəsində uzunluğu 2450 metr olan Hacı Zeynalabdin Tağıyev küçəsi əsaslı şəkildə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb. Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.

Həmçinin küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun bəzi hissələrinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan ümumi uzunluğu 21 kilometrə malik küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. İlin sonunadək təmir olunmuş küçə və yolların ümumi uzunluğu 34 kilometrə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.