İQTİSADİYYAT


Paytaxtın Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsindəki dəmir yolu körpüsü sökülür

Bakı, 16 mart, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunun Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsü sökülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb. Məhdudlaşma martın 15-də səhər saatlarından tətbiq edilib və söküntü işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.