İQTİSADİYYAT


Paytaxtın Məzahir Rüstəmov küçəsində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb

Bakı, 6 aprel, AZƏRTAC

Xətai rayonunun Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən layihələndirilən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkətinin təhlükəsizliyi prioritet götürülüb, müasir küçə dizaynının elementlərindən istifadə edilib.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Eyni zamanda, Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə işıqforun quraşdırılması istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.