İQTİSADİYYAT


Paytaxtın Molla Cümə və ətraf küçələrində müasir yol infrastrukturu yaradılır VİDEO

Bakı, 3 sentyabr, AZƏRTAC 

Paytaxt yollarında sıxlıq və tıxacların azaldılması məqsədilə Nərimanov rayonu ərazisində 6 kilometr uzunluğa malik küçələrdə müasir yol infrastrukturu yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq Molla Cümə, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda da işlər yekunlaşmaq üzrədir.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni səki daşları düzülüb. Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıcı sökülərək yenidən qurulub, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.

Sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq küçələr boyu zəruri yerlərdə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.

Daha sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür, həmçinin yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün “cib”li dayanacaqlar qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.