İQTİSADİYYAT


Paytaxtın Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Xətai rayonunun Neapol və Səməd bəy Mehmandarov küçələrində yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 800 metr, eni isə 24 metr olan Neapol küçəsindəki yenidənqurma və bərpa işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb.

“Neapol küçəsində istiqaməti ayırmaq məqsədilə 1 metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Yolun işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılacaq. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır. Həmin küçənin uzunluğu 3,2 kilometr, eni isə 20 metr təşkil edir”, - AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur, küçəboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur. Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, nəticədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kvadratmetr sahəni əhatə edəcək. Zəruri yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri çəkiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.