İQTİSADİYYAT


Paytaxtın Nərimanov rayonunda Mirzə Uluqbəy küçəsi əsaslı təmir olunub VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrində yolların təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 kilometr olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, rayon ərazisindəki Mirzə Uluqbəy küçəsi əsaslı şəkildə təmir olunub.

Yenidənqurma işləri zamanı küçəboyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçəboyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Yenidənqurma çərçivəsində yaşıllaşdırma və abadlıq işləri də görülüb.

Daha sonra küçəyə iri və xırdadənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib, küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun həyata keçirilib.

Cari il ərzində rayon ərazisində Mirzə Uluqbəy küçəsi də daxil olmaqla ümumi uzunluğu 3,3 kilometr olan Arif Hacıyev, Fərid Əhmədov, Şahmar Ələkbərov, Malik Məmmədov və Möhsün Sənani küçələri də təmir edilib.

Növbəti mərhələlərdə Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.