İQTİSADİYYAT


Paytaxtın Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi əsaslı şəkildə təmir olunub VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən Əlicabbar Orucəliyev küçəsi də əsaslı təmir edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əlicabbar Orucəliyev küçəsinin əsaslı şəkildə təmir olunmuş hissəsinin uzunluğu 534 metr təşkil edir. Bəzi hissələrdə genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 960 kvadratmetr sahədə bərpa olunub, küçəboyu hər bir tərəfdə 1040 poqonometr yeni səki daşı düzülüb. Küçənin hərəkət hissəsinə 4500 kvadratmetr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 23 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 13 baxış qapağı yenisi ilə əvəz edilib.

Son mərhələdə isə küçə zəruri yol nişanları, nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılıb.

Xatırladaq ki, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində təqribən 20 kilometr uzunluğa malik küçə və yol təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.