CƏMİYYƏT


Paytaxtın Nəsimi rayonunda ağacları kəsən şirkət cəzalandırılıb

Bakı, 22 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların həmin ərazidə tikinti işləri aparan “Yeni Ailə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəsildiyi və təbiətə 34 min 860 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.