CƏMİYYƏT


Paytaxtın Nizami rayonunda 5 müxtəlifcinsli ağac qanunsuz olaraq kəsilib

Bakı, 21 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə fevralın 21-də növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 müxtəlifcinsli ağacın kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami Rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, həmin ərazidə nazirliyin əməkdaşlarının nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 yeni ağacın əkilməsi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.