CƏMİYYƏT


Paytaxtın Nizami rayonunda narkotik vasitə satan şəxs saxlanılıb VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatları davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsilə birbaşa cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb.

Həmin şəxs - vətəndaş İmdan Heydərov bölmə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Nizami rayonu ərazisində tutulub. Onun üzərinə, idarə etdiyi avtomobilə və Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı 200 qrama yaxın heroin, 700 qram “patı” adlandırılan psixotrop maddə - metamfetamin, tərkibinə sintetik maddələr qatılan 1 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb.

Aşkarlanan narkotik vasitə və psixotrop maddələr ümumilikdə 51 bükümdə olub. Bu, İmdan Heydərovun narkotik vasitələri satmaq üçün əldə etdiyini göstərir. Saxlanılan şəxs ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsində toplanan materiallar istintaq şöbəsinə göndərilib. İmdan Heydərov tutularaq istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.